SON DƏQİQƏ

Blinken Zelenski ilə görüşdü

Tarix:

19-01-2022, 20:54

/ 1 567 dəfə oxundu.
Blinken Zelenski ilə görüşdü

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Zelenski Tvitter səhifəsində məlumat yayıb.

 

V.Zelenski görüşün nəticəsi olaraq bildirib ki, Ukrayna ABŞ arasında iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyir.

"ABŞ Dövlət katibi Entoni Blinkenlə danışıqlar başa çatıb. Mən Ukrayna ətrafında vəziyyətin deeskalasiyası prosesində şəxsi iştirakınızı yüksək qiymətləndirirəm. Birləşmiş Ştatların effektiv siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Mən iqtisadi və maliyyə əməkdaşlığının gücləndirilməsini səbirsizliklə gözləyirəm. Əminəm ki, Ukraynasız Ukrayna ilə bağlı qərar olmayacaq”, - deyə Zelenski bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ