SON DƏQİQƏ

Unsuz və yağsız tort- Cəmi 5 dəqiqəyə

Tarix:

19-01-2022, 20:33

/ 1 231 dəfə oxundu.
Unsuz və yağsız tort- Cəmi 5 dəqiqəyə

Ərzaqlar:

Xəmir:
Yumurta – 3 ədəd
Üyüdülmüş fındıq – 200 qr.
Qabartma tozu – 1 ç.q.
Şəkər tozu – 80 qr.
Kakao – 1 x.q.

Krem:
Qaynanmış qatılaşdırılmış süd – 1 banka
Kərə yağı – 100 qr.

Hazırlanması:
Üyüdülmüş fındıq, yumurtalar, şəkər tozu, kakao və qabartma birlikdə qarışdırılır. Şüşə formalardan birini götürürük və içini kərə yağı ilə yağlayırıq, azca un səpirik. Xəmiri töküb, mikrodalğalı sobada 5 dəqiqə müddətinə 900 VT səviyyəsində bişiririk. Sonra xəmiri 5 dəqiqəlik bir kənara qoyuruq ki, soyusun.
Onu ortadan 2 korja bölürük. Arasına və üstünə qatılaşdırılmış südlə kərə yağının qarışığından hazırlanan kremi sürtürük. Üstünü şəkər kirşanı, meyvələr, şokolad və s. ilə bəzəyə bilərsiz.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ