SON DƏQİQƏ

Dünyanın ən yaşlı kişisi vəfat etdi

Tarix:

19-01-2022, 08:12

/ 1 450 dəfə oxundu.
Dünyanın ən yaşlı kişisi vəfat etdi

Dünyanın ən yaşlı insanı olan ispan Saturnino de la Fuente Qarsiya 112 yaşında Leonda vəfat edib.

Bu barədə "Ginnesin Rekordlar Kitabı"nın saytı məlumat yayıb.

Kişi 10 sentyabr 2021-ci ildə "Ginnesin Rekordlar Kitabı"na düşüb, həmin vaxt onun 112 yaş 211 günlük yaşı var idi. Saturnino de la Fuente 1909-cu il fevralın 11-də Leonda anadan olub. 

Sağlığında xatırlayırdı ki, boyu balaca olduğu üçün (150 sm) İspaniya Vətəndaş Müharibəsi (1936-1939) zamanı orduya çağırılmayıb, sonra şəxsi ayaqqabı biznesini açıb və əsgərlər üçün ayaqqabı tikməyə başlayıb. 

Boş vaxtlarında futbol oynadı və doğma şəhərinin - Cultural Leonesa komandasına dəstək oldu.

Saturnino de la Fuenta və həyat yoldaşının yeddi qızı, 14 nəvəsi və 22 nəticəsi var

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ