SON DƏQİQƏ
» » Məmmədyarov bu turnirdə ilk qələbəsini qazandı

Məmmədyarov bu turnirdə ilk qələbəsini qazandı

Tarix:

18-01-2022, 22:14

/ 1 382 dəfə oxundu.
Məmmədyarov bu turnirdə ilk qələbəsini qazandı

Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Masters” şahmat superturnirinin IV turunun oyunları keçirilib.

GunAz.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu raundda polşalı Yan-Kşiştof Duda ilə qarşılaşıb. 37 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibini məğlub edib.

 

Məmmədyarov bundan əvvəl keçirdiyi 3 görüşün hamısında heç-heçəyə razılaşıb. O, hazırda 2,5 xalla 2 - 6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ