SON DƏQİQƏ

Manatın qiyməti ucuzlaşır?

Tarix:

14-01-2022, 08:00

/ 1 438 dəfə oxundu.
Manatın qiyməti ucuzlaşır?

Bankların dolların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Bu, daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir.

Bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bəzi bankların dolların alış kursunu qaldırması ilə bağlı şərhində qeyd edib.

O bildirib ki, dolların nağd satış kursunun ciddi dəyişməməsi biznesdən kənar vayuta tələbinin hələlik yüksək olmadığı deməkdir.

 

"Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi” sualına ekspert belə cavab verib:

"Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ