SON DƏQİQƏ

Bakıda bu yollarda sürət həddi endirildi

Tarix:

13-01-2022, 21:04

/ 1 307 dəfə oxundu.
Bakıda bu yollarda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

Bu barədə GunAz.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

 

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - BNA-dan qeyd edilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ