SON DƏQİQƏ

Qanda şəkərin miqdarını bu qidalarla azaldın

Tarix:

29-12-2021, 08:26

/ 1 374 dəfə oxundu.
Qanda şəkərin miqdarını bu qidalarla azaldın

Rusiyalı dietoloq Yelena Solomatina bildirib ki, tərkibində lif, xrom və zülal olan qidalar qanda şəkərin miqdarını aşağı salmağa kömək edir.

Onun sözlərinə görə, məhz elə bu baxımdan liflə zəngin tərəvəzlər yemək faydalıdır.

Dietoloq bildirib ki, təbii lif emal olunmamış düyü və dənli bitkilərdə daha bol olur. Odur ki, hazır sıyıqlardan imtina etmək və bu tipli yeməkləri xam məhsullardan hazırlamaq daha məqsədəuyğundur.

"Lif qanda şəkərin miqdarını məhdudlaşdırır, onun dərhal qana keçməsinə imkan vermir, bu prosesi ləngidərək təbii dozator rolunu oynayır. Elə buna görə də bədən enerjili olur. Lakin "glikemik partlayışlar” baş vermir”, - deyə Solomatina izah edib.

Dietoloq əlavə edib ki, tərkibində protein olan qidalar da qlükozanın aktivliyinə maneə törədir. Həmçinin, tərkibində xrom olan dəniz məhsulları, qaraciyər və brokkoli də qanda şəkərin miqdarını azaltmaq üçün faydalıdır.oxu.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ