SON DƏQİQƏ

SENARİSTİN VƏTƏN SEVDASI

Tarix:

25-12-2021, 11:13

/ 1 904 dəfə oxundu.
SENARİSTİN VƏTƏN SEVDASI

Araz Əhmədoğlu

 

İRAN sinamasında gözlənilməz bir ilk yarandı. Bu ilkin yaradıcısı Xoy’lu senarist, oyunçu, sayın Hadı bəy Hicazifər oldu.

Tehran’da memarlıq oxuyan Atabay (Kazım) ata-baba yurduna döndükdə daha artıq çirkinlikər görüb dəliləyir. Atası başqa dostları’yla birlikdə bir daxmaya təpilib tüstüləyirlər. Bacısı əri uyuşdurucu üçün ata-baba torpaqlarını Fars bir dəllala (maklerə) satıb. Fars dəllal’sa iki qızı’yla birlikdə Atabayın yurdunda at çapıdır. Atabayın evlənməyə çox kiçik olan bacısı sevməzdən əri Pərviz’lə evləndirilib, ondan bir oğlu var. Eyni halda əri Pərvizdən zəhləsi getdiyi üçün əski sevgilisi, Atabayın yaxın dostu, Yəhya’yla gizlicə görüşürlər. Pərviz də onu oğlu’yla təkbaşına buraxıb başqa şəhərdə özünə ev-eşik qurubdur. Fərruxliqa da bu dərdlərə dözə bilməyib özünü kəndin ortasında yandırır. İndi Atabayın dünyası o bacısından qalmış bacoğlusu, Aydın dır.

Yeni nəsil dərs oxumaq’la – ya da nəyin bahasına olur olsun – ata-baba yurdunu simgələyən kənddən qaçmaq istəyir. Bu nəslin simgəsi kəndli qız obrazı Ceyran dır. Ceyran atası yaşda olan Atabaydan istəyir onu alıb canını bu kənddən qurtarsın! Atabayı da Milyonlar Azərbaycanlı kimi Tehrana çəkən o xəyalların ardıca qaçmaq dır. Ancaq nə qədər güclü olursan ol, səni ikinci, bəlkə də üçüncü dərcə vətəndaş sayanlar həmişə səndən üç-heçə qabaq olub qurduğun xəyallarıva çatmaqda səni arxada qoyacaqlar. Atabay bilyurdda klasın birincisi olur, ama ləhcəsi – Farsıcanı Türki ləhcəsi ilə danışmaq – üçün, onlardan biri olmadığı üçün heç vaxt qurduğu xəyallara, istəklərinə çata bilmir. Dum-duru sevgisini sunduğu Sima adlı Fars gözəli onu bir ev qurmaqdan uzun illər boyu məhrum edib saçını ağardır. Ama həmin adam ikinci dəfə bir başqa Simaya aşiq olur. Niyə Sima? Farsıca "sima” sözcüyü bizim ana dilimizdə "üz; görüntü” anlamını daşıyır. Demək Kazım kimi gənclər kəndlərinin darıxdırıcı (?!) çevrəsindən çıxıb ayaqları böyük şəhərlərin təmtaraqlı, göz qamaşdırıcı həyəcanlarına çatdıqda oradakı gözəl görünən üzlərə, görüntülərə vurulub gərçək sevgidən uzaq düşürlər. "Eşqin gözü kor olur” deyənlər, "gərçək sevgini görə bilməyib, yalnız üzdəki gözəlliyə vurulanların gözü kor dır” demək istəyiblər.

Atabay öz dili’ylə "Kazım öldü! Atabay!” desə də, başqa yerdə "insan dəyişməz” deyir. Bu paradoks "Atabay” adının varlığının – adın böyüklüyünə baxmayaraq – ancaq boş bir şuar olduğunu görsədir. O üzdən Atabay öldü sandığı "Kazım”ı öz içində daşıyır. Filmin başlanışındakı ədədlər filmin sonunda eynən təkrarlanır. 2, 3, 4, 5, yəni iki rəqmin əvvəlndə gələn ədələr dəyişsə də, sonlarındakı "1” dəyişmir. Kazım adını dəyişib Atabay olsa da, düşüncə baxımından heç vaxt bir atabay ola bilmir. O üzdən böyüdükdə dayısı olmaq istəyən Aydını da boş vədənin ardıca özü’ylə sürükləyir. Ata-babalar deyib: "Ağıllı adam iki dəfə bir dəlikdən sancılmaz!” Ama Kazım kimilər yüz dəfə sancılsa da, ağıllanmayacaq. Ağıllansa idı, Aydını döyüb sonra da dəfələr’lə "Pox yedim!” deyib üzr istəməzdi. Filmin ana qonusu senaristin bu baxışı dır. Yad elliyə göyül verənlərin sonu göz önündə dir. Üzü gülmüş bir beləsini görsəniz, səlam yetirin! Senarist bu anlamı çox gözəl bir səhnədə canlandırır. Qonaqlar gəlməmişdən öncə, Atabay onlara kəklik otu yığmağa gedir. Ama güclü yel dağ başında naylonu onun əlindən alıb uçudur. Atabay isə boş bir naylonun ardıca dağ-daşda qaçmağa başlayır. Bu boş naylunun ardıca qaçmaq boş bir sevdanın ardıca qaçmağı simgələyir (təmsil edir).

"Aydın” sözcüyü "sevincdən parıldayıb gülmək; açıq düşüncəli; düşüncəsi zaman’la ayaqlaşan birisi” anlamlarını daşıyır. Örnək üçün, "Gözün aydın!” dedikdə birinci anlamı daşıyır; "elimizin aydınları” dedikdə elimizin ziyalı adamları, farsıca "rovşənfekr” anlamında olub ikinci anlamı daşıyır. Özəl ad olaraq da ikinci anlamda işlənir. Bu filmin mətnində Aydın obrazı evin təbərlik uşağı, tayfanın ən ağıllısı, ən gözəli Azərbaycanın ucqar bir  kəndində yaşayıb farsıca şer yazır, fars qızı Siminə vurulur. Aydın da Ceyran kimi yeni nəsli simgələyir. Ancaq bir elin ağıllısı Atabay’la Aydın olsa, vay olsun o elin ağılsızlarına! Filmdə gözə çarpan sorunlardan biri də "Aydın” sözcüyünün tələffüzü dir. "Gözün aydın!” duasında hamı düz tələffüz edir. Ancaq eyni sözcüyü özəl ad olaraq işlədəndə – yaşlılar yox, farsıca təhsil almışlar – farslar kimi "Aydin” tələffüz edir. Bu da keçmiş əlifbada /i/ səsi ilə /ı/ səslərinin bir şəkildə (آیدین) yazılmasından irəli gəlir.

"Ceyran” sözcüyü Türkçədə heyvanların ən gözəli olduğu üçün qız adı seçilir. Ancaq yalnız "gözəllik” dəyil, eyni halda "arınlıq; günahsızlıq” anlamını da daşıyır. 8-nci imam niyə ceyranın zamini olur? Niyə Türk ulusunda atalar qızlarına, aşiq olanlar’sa sevdiklərinə "Ceyranım!” deyir? Atabay filmindəki Ceyran şik görünən Simadan qat-qat gözəl dir. Ama Atabay kimilər bu gözəlliyi görə bilmir. Sinama salonunda Ceyranın sadə, səmimi davranışına birlikdə gülən tamaşaçılar əslində çağdaş toplumda bu saflığın artıq bir dəyər olmamasını vurqulayır. Elə bu düşüncədə olan bir toplumun gənc yaşda zor’la ərə verilmiş qızları, ərli olduqlarına baxmayaraq gizlicə sevgililəri ilə görüşüb sonunda da özlərini öldürmək zorunda qalmağa məhkum dır.

Atabayın itirdiyi uçmağ (cənnət) isə bacısı əri Pərvizin satıb sovurduğu bağ, bir də qurumaqda olan "Urmu gölü” dir. Ama artıq bu uçmağların hər ikisi də Atabayın əlindən çıxıb! Qurumuş Urmu gölünün milyonların yaşayışını hədələyən duzlarının üstündə addımlayan hər bir Azərbaycanlı "Kim inanar, bir günlər biz burada çimərdik!” sözünü hansı yanqılarlar’la dilə gətirdiyini yaxşı anlayır. Doğma uçmağını əldən vermiş Atabay da, bacoğlusu da sevgi axtarır. Ancaq sevgi sanıb ardıca getdikləri’sə sonunda boşa çıxan ilqım dır.

Senario uluscul (milli) kimlik təməlində qurulmuş bir düşüncədən qaynaqlanaraq yazılıbdır. Xoyun eşsiz Şəms minarəsi (qülləsi), tarixi bazarı, Mütəllib xan sarayı kimi abidələr Azərbaycan memarlığını ən gözəlcəsinə göz önündə canlandırır. Aşıq musiqisi bu gözəlliyi qat-qat artırır. Filmin mətnində hətta qəyiş qapma (qayış qoydu) kimi el oyunlarına da diqqət yetirilib.

Filmin güclü çəkilişi (rəssamlığı) var. Bu çəkiliş Xoyun, Azərbaycanın gözəllikləri ilə bir araya gələndə filmin gözəlliyi daha da artır. Filmin mətninə uyqun olaraq iki rəng monoton laytmotif yaradır. Xoyun təbiəti, eləcə də kəndlərində yaşayan millətin dərdlərini, darıxdırıcı həyat tərzini çatdırmaq üçün kameraman narıncı boyanı hakim qılır. Urmu gölünün durumunu isə maviyə çalan boz rəng’lə görsədir. Bu rəng ölümü çox gözəl təmsil edir. Özəllik’lə, Atabay’la Yəhyanı iskələdə görsədən səhnə çox klasik gözəllik daşıyır. Filmin əvvəllərində Atabay kəndin qəhvəxanasına girdikdə, qəhvəxananın eşiyində uşaqlar qayış-qapdı oynayır. Eyni halda kəndin yanından keçən qatarın görüntüsü qəhvəxananın camında yanqılanır. Aydın dır kameraman, eləcə də yönətmən üçün qatarın birbaşa görüntüsünün önəmi yox imiş. Olsaydı, birbaşa qatarın gəlişi görüntüyə alındıqdan sonra Atabayın qəhvəxanaya gəlməsi çəkilərdi. Ama bu səhnə şans üzündən olsa da, filmin ən anlamlı səhnələrindən biri dir. Birinci və ikinci Dünya Savaşının ərbablarının stratejisinə qulluq etmək üçün nəzərdə alınmış bu lojestik dəmir yolu sözdə Nazism, ama əslində Osmanlı epmeratorluğu, eləcə də bütün Türk və İslam dünyasına qarşı savaşan Müttəfiqlərin – birləşmiş dörd ölkə: Britaniya, ABŞ, Rusiya və Fransa – silah-sursatını Rusiya cəbhəsinə daşımaq üçün bu torpaqlarda yaşayan millətlərin pulu və əməyinin gücü’ylə çəkilən strateji bir yol olub. Dünyanın hər yerində dəmir yolu təməl quruluş (infrastructure) sayılır. Getdiyi yerlərə gəlişməni daşımaq üçün çəkilir. Ancaq bu dəmir yolu bizim torpaqlardan çəkilsə də, bizim millətimizə heç bir faydası olmayıb! Elə 21-nci yüzillikdə Atabay filmində çəkilən bu kəndin özü bu düşüncənin canlı şahidi dir.

Filmin çəkilişi yaxşı alınıb. Ancaq toy səhnəsində kənd adamı yallı gedərkən rəqs edənlərin ayaq hərəkətlərini yox, yalnız hərəkət edən başlarını görsədir. Bir də aşıq oxuyarkən adamın yalnız üzü’ylə ağzında görünən dişləri yaxın ekrana çəkilir. Bu böyük irad İran televizyonunda alışqanlığa döndürülmüş bir eyb dir. O gözəllikdə sədəfli sazı, istəyərək, çəkməyib pulsuz aşığın dişləri ilə burnunu ekrana çəkmək Sazın gücündən qorxmaqdan başqa nə ola bilər ki?

Atabay, Aydın, Yəhya, Sima rolları yaxşı alınıb. Özəllik’lə də Atabayın hirsi (pərtliyi), Aydının dum-duru sadəliyi ilə qarışanda, Azərbaycan, eləcə də bütün Türk dünyasına tanış, doğma duyqular yarada bilir. Hikayə birinci şəxs baxış açısı’yla rəvayət edilərək başlayıb objektiv baxış açısına keçir. Hikayə baxımından çağdaş-ötəsi (post-modern) bir gərçəkçi(realisti) əsər görə bilirik. Gərilim bəri başdan Atabayın saydığı ədədlər’lə – 21, 31, 41, 51, 61, 71, 81, 91 – başlayıb bəlirsiz bir sondaeyni ədədlər’lə sona çatır.

Quruluşbaxımından yaxşı irəliləyir. Ancaq dialoqlar, bəlkə də əsərin quruluşu, yer-zaman ölçüsünə görə kütlə səviyyəsindən yuxarı çıxa bilmir. Ana dildə təhsilin olmaması dərdi də ap-aydın gözə çarpır. Obrazlar əsərin quruluşuna məntiq’lə yaraşır. Ancaq Yəhya obrazını filmin ya hikayənin kontekstinə görə daha yerli görünsün deyə ləhcə örgətməni ilə yola salmaq olardı. Cavad İzzətinin yaxşı oyunçuluğuna baxmayaraq, nədən’sə, bəlkə də pul çatışmazlığı sorununa görə yaxşı alınmayıb.

Urmu gölü Azərbaycanın ölüb-qalma sorunu dır. Senarist bu dərdi, filmin çəkilişi və öz dili’ylə gözəl çatdıra bilir. Yalnız, gecə işığındakı pəxlənlər (flaminqolar) səhnəsindəki özəl etgilər (special effects) gözəlliyinə baxmayaraq, yaxşı alınmayıb. Gölün istənilmiş qurudulmasından sonra Azərbaycanın hünərmənləri ilə ədəbi şəxsiyyətləri dünyanın diqqətini çəkmək üçün pəxləni öldürülməkdə olan Urmu gölünün simgəsi olaraq seçiblər. Hər gün Azərbaycanın hər yerində olduğu kimi bu səhnədə də Atabay fars qonaqlara görə öz doğma bacoğlusu’yla farsıca danışır. Özü də qonaqlar onların vətəninə gəlib, onlar qonaq getməyib! Dünyanın heç yerində özünə bunca xor baxan bir millət görə bilməzsiniz. Filmin mətni, eləcə də quruluşuna görə, oyunçulara səhnə bəzəyi (qrim) o qədər də lazım olmur. Yalnız hovuza düşərkən Aydının başının çapılıb qanaması, bir də Atabayın üz-gözündəki cızıqları görsətmək üçün işlənmiş bəzəklər çox doğal alınıb.

Obrazların geyimi çox uyqun seçilib. Atabayın mindiyi Kadilak, çağdaş qərb dünyası modlarına uyqun rəsmi olmayan geyimi, qərb dünyası musiqisi, hərdən də Tatlısəs dinləməsi boynundan asdığı kəhrəbayı təsbeh ilə böyük paradoks yaradır. O paradoksları yaşayan obraz aşıq musiqisini toyda susdurur. Ama dostu Yəhyanın yoldaşının yasına gedərkən, el içində heç də bəyənilməyən bir iş görür. Yasa gedənlər arasında Atabayın batı (qərb) musiqisi dinləməsi başqalarında ən azı etiraz yaratmaq üçün dir. Ancaq, Dağ başındakı göldə qırmızı bayram balıqalarının haradan gəlməsini sorub soruşdurmayan kütlə mədəniyyətinə tam özgə olan durumlarda da etiraz etməsini başara bilmir.

Musiqibaxımından’sa çox da uğurlu çıxmayıb. Filmin sonundakı musiqidən görünür filmin mətninə ondan güclü bir əsər yaratmaq olardı. Örnək üçün, uluscul, yerli musiqi ilə çağdaş dünya musiqisi qarışımından tam yeni bir əsər yaratmaq olardı.

Atabay filmin sovunu (mesajını) ilginc bir səhnə ilə çatdırmaq istəyir. Dostu Yəhyaya "Dəyişmək gərək! Dəyişmək üçün içindəki alovu söndürməlisən. Söndürmədikcə bu od getdiyi yerləri yandırıb yaxacaqdır” demək istəyir. Atabay bunun üçün Yəhya'yla birlikdə bir təpənin üstünə çıxıb bir təkərə benzin töküb yandırdıqdan sonra aşağıya helləyirlər. Umuruq bu filmə baxanlar bu səhnəni tərsinə başa düşüb əyləncə üçün sabah dağları oda çəkməzlər!

Senarist Atabay obrazının özünə olan baxışını çox anlamlı bir simgə ilə görsətməyə çalışır. Atabay kəndə diqqət’lə baxanda dürbin’lə yuxarıdan baxır. Bu səhnələr Atabay obrazı kimi yaşayanların öz kəndlərinə aşağı göz’lə baxdığını simgələyir. Elə insanlar toplumun basqısı altında özlərinə, eləcə də öz uluscul kimliklərinə arxayınlıq’la yox, alçaldıcı göz’lə baxırlar. Özünə, özlüyünə xor baxan bir toplumun üyələri Aranda buğdadan, Bağdatda xurmadan qalır!

Üst-üstə, film senario, yönətmənlik, oyunçuluq, quruluş, geyim, işıqlandırma, səhnə seçimi baxımlarından uğurlu sayılır. Bu gözəl filmin başda senaristi, baş rolu Hadı Hicazifər cənablarına, yönətməni Niki Kərimi xanıma, dsətəkçisi Qulamrza Bəhari bəyə dərin təşəkkürlərimizi bildirib vətən sevgisi ilə yaşayan bütün igidlərə can sağlığı, uğurlar diləyirik.

Xoy, 9 dekabr, 2021.

     

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ