SON DƏQİQƏ

Kələmdən yüngül kotlet RESEPTİ

Tarix:

25-11-2021, 08:55

/ 1 324 dəfə oxundu.
Kələmdən yüngül kotlet RESEPTİ

Kələmdən yüngül dietik kotletlər bütün ailənin xoşuna gələcək.

Ərzaqlar:
Kələm -1 kq

Soğan -1 ədəd
Mannı - 100 qr
Un - 100 qr
Sarımsaq - 2 diş
Şüyüd -1 dəstə
Sixarı -2 qaşıq
Duz, istiot
Hazırlanması:
Qazanda su qaynadıb, duz tökün.
Təzə kələmi 4 yerə bölüb, suda 10 dəqiqə bişirin.
Sudan çıxarıb, suyu süzüləndən sonra ətçəkəndən və ya blenderdən keçirin. Suyunu sıxırsız, bir azca sulu qalmalıdır.
Göyərti, soğan və sarımsaq xırda doğranılır.

Bunlar kələmə qatılır, duz, istiot vurulub qarışdırılır.
Un və mannı tədricən, aramla əlavə edilir. Bərabər qarışmış kütlə alınmalıdır.
Farş 10 dəqiqə kənarda saxlanılır.
Kotlet forması verilib, suxarıda batırılıb, yağda qızardılır.
Süfrəyə sous, ketçupla verilə bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ