SON DƏQİQƏ
» » Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Tarix:

24-11-2021, 23:49

/ 1 412 dəfə oxundu.
Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Noyabrın 26-da keçiriləcək iclasda həll edilməli olan bir neçə mühüm məsələ var.

Bu sözləri GunAz.az-a rusiyalı tanınmış politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüş haqda danışarkən deyib.

Onun sözlərinə görə, əsas məsələlərdən biri və birincisi bütün tərəflərin 10 noyabr 2020-ci il bəyanatı və bu bəyanatın bütün bəndlərinə sadiqliklərini bir daha təsdiqləməsidir:

"Bu məsələ 99 faiz ehtimalla həll olunacaq və qeyd edim ki, bu, olduqca vacib bir məsələdir. Tərəflərin Soçi görüşü zamanı müzakirə olunacaq ikinci sual sərhədlərin demarkasiyası məsələsi, üçüncü sual isə dəhlizlərdir”.

S.Markov bildirib ki, hazırda problem çox olduğundan, sərhədin demarkasiyası və delimitasiyası məsələsinin birdəfəlik həlli mümkün deyil:

"Çox güman ki, görüş zamanı sərhədin delimitasiyası üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar veriləcək. Təəccüblüdür ki, sülh sazişinin imzalanmasından bir ildən çox vaxt keçib, ancaq bu işçi qrupu hələ də yaradılmayıb. Hazırda biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun yaradılacağına dair bütün işarələrin olduğunu müşahidə edirik”.


скачать dle 12.1

Şərhlər