SON DƏQİQƏ

Sinənizdə qeyri adi yanma var?- MÜTLƏQ OXUYUN

Tarix:24-11-2021, 09:18 Oxunub:1 027

Sinənizdə yanma hissi bədəninizdə B12 vitamininin həddindən artıq aşağı səviyyədə olduğunu göstərə bilər. Bir qayda olaraq, simptom maddənin uzun müddətli çatışmazlığı ilə baş verir.

Bu barədə "Pharmacy Times" yazır.

Bildirilir ki, adətən vitamin çatışmazlığı yorğunluq, zəiflik, baş ağrıları, dərinin solğunluğu ilə xarakterizə olunur. Bu vəziyyət müalicə olunmazsa, ciddi və geri dönməz nəticələrə səbəb ola bilər,

B12 vitamini bədəndə bir neçə il saxlanıla bildiyindən, onun yoxluğunun simptomlarının görünməsi uzun müddət çəkə bilər. Sinə içində yanma hissi adətən vitamin çatışmazlığı səbəbindən sinirlərin zədələnməyə başladığını göstərir. O, həmçinin əllərdə və ayaqlarda qeyri-adi karıncalanma hissləri yaradır.

Mütəxəssislərin izah etdiyi kimi, B12 çatışmazlığı nəticəsində sinirləri əhatə edən və qoruyan mielin qabığı zədələnir. Bu qoruma olmadan sinirlər normal fəaliyyətini dayandırır və periferik neyropatiya kimi vəziyyətlər yaranır.

 

"B12 çatışmazlığı sinir sisteminin demiyelinləşdirici xəstəliklərinə, demensiyaya, ruhi xəstəliklərə, anemiyaya, damar tıxanmasına səbəb olur və immun sistemini zəiflədir”, - ekspertlər əlavə ediblər.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, vitaminin bədəndə bir qədər aşağı səviyyədə olması belə beyin fəaliyyətinə təsir edə bilər və bir çox narahatedici əlamətlərə səbəb ola bilər. Erkən diaqnoz və müalicə nevroloji problemlərin, əlilliyin və vaxtından əvvəl ölümün qarşısını almaq üçün vacibdir.

Əvvəllər həkimlər B12 vitamini çatışmazlığının ilk üç ilk əlaməti haqqında danışırdılar . Onlardan birinin gözlərlə əlaqəli olduğu ortaya çıxdı.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<