SON DƏQİQƏ
» » UEFA-dan Qarabağın qapıçısı ilə bağlı paylaşım

UEFA-dan Qarabağın qapıçısı ilə bağlı paylaşım

Tarix:

24-11-2021, 08:00

/ 1 325 dəfə oxundu.
UEFA-dan Qarabağın qapıçısı ilə bağlı paylaşım

UEFA "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib.

Konfrans Liqasının rəsmi tvitter səhifəsində 27 yaşlı qolkiperin Qazaxıstanda "Kayrat"a qarşı qrup oyununda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

"Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Qeyd edək ki, pley-offa vəsiqəni təmin etmiş "köhlən atlar" H qrupundakı növbəti matçını noyabrın 25-də Bakıda Kipr "Omoniya"sına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də başlanacaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ