SON DƏQİQƏ
» » SEPAH polkovniki Şərqi Azərbaycan valisinə səhnədə şillə vurdu - VİDEO

SEPAH polkovniki Şərqi Azərbaycan valisinə səhnədə şillə vurdu - VİDEO

Tarix:

23-10-2021, 21:58

/ 3 615 dəfə oxundu.
SEPAH polkovniki Şərqi Azərbaycan valisinə səhnədə şillə vurdu - VİDEO

Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.

GunAz.az xəbər verir ki, təqdimat mərasimində yeni ostandar Xürrəm Rezevi çıxış üçün kürsüyə çıxıb. Rezevi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.

Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.

xxx

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.

 

Hadisə baş verən zaman İranın daxili işlər naziri Əhməd Vahidi də salonda olub.

Qeyd edək ki, Rezəvi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalıdır.Axar.az

Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik:


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ