SON DƏQİQƏ

Müstəqillik yolunda

Tarix:

18-10-2021, 14:28

/ 4 093 dəfə oxundu.
Müstəqillik yolunda

Ötən əsrin sonunda SSRİ dağıldı və Azərbaycan Respublikası öz dövlət müstəqiliyini bərpa eymək imkanə qazandı. Azərbaycan Parlamentində 1991-ci ilin oktyabr ayının 8-də keçirilən növbədənjənar sesiyasında dövlət müstəqilliyinin bərpası ilə bağlı müzakirələr başlandı və təqdim olunmuş layihənin ilkin müzakirələri 4 gün davam etdi. Yeni layihənin işlənməsi qərara alındı və bundan ötrü İşçi qrupu yaradıldı. Oktyabr ayının 18-də hazırlanmış yeni tarixi sənəd-  "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və müstəqiliyimiz bərpa olundu.

Müstəqilliyimiz tanınması üçün dünya dövlətlərinə müraciətlər olundu.  Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və başqa dövlətlər tanıdı. 1992-ci ilin mart ayının 2-də isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul edildi.

Azərbaycanın müstəqilliyə yolu kifayət qədər keşməkeşli və əzavlı olub. 1988-ci ildən başlayan azadlıq hərəkatı bu prosesə ciddi təkan vermişdir.  Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə idi.

Müstəqilliyin ilk illərində hakimiyyətin təcürbəsizliyi və daxili qarşıdurmalar vətəndaş müharibəsinə gətirib çıxarmış və dövlət müstəqilliyi təhlükə altına düşmüşdür. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu.

Məhz ona görədir ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır. Bu nailiyyətlərdən birincisi Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılmasıdır. Ölkə başçısının siyasi iradəsi nəticəsində daha da güclənən Azərbaycan sosial dövlətə çevrilmişdir.

Xalqımız müstəqiliyi əldə etmək üçün böyük itkilər vermiş, 20 yanvar qırğınını və Xocalı soyqırımını yaşamış, torpaqlarımızın müdafiəsi ölkəmizin suverenliyi, ərazi bütövlüyünün müdafiəsində oğul və qızlarımız qəhrəmancasına vuruşmuş, həyatlarını qurban vermişlər. Odur ki, müstəqilliyimizi qorumaq, onu daim müdafiə etmək hər birimizin məsuliyyəti və ən müqəddəs borcudur.

Ikinci Qarabağ müharibəsində qazandığımız Zəfər ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi üçün xüsusi şərait yaratdı və dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti gündəmə gəldi.

Bilirsiniz ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik dövlət olmuşdur.

1991-ci il oktyabrın 18-də qəbul olunmuş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu təsbit olunmuş və "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edəcəkdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Qurban Osmanov

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin Nərimanov rayon şöbəsinin sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ