SON DƏQİQƏ

Qoşulmama Hərakatından gözləntilər-TƏHLİL

Tarix:

13-10-2021, 19:03

/ 1 600 dəfə oxundu.
Qoşulmama Hərakatından gözləntilər-TƏHLİL

Azərbaycanın sülh və ədalət prinsiplərini təbliğ edən bir təsisata ev sahibliyi etməsi önəmli hadisədir.
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik etməsi də, Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna böyük təsir etmişdir: "Bu gün qeyd etmək gərəkir ki, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzu günü gündən artmaqdadır. Belə bir beynəlxalq təşkilata isə Azərbaycan Prezidentinin sədrlik etməsi əlbəttə ki, əlamətdar hadisədir. Bilmək gərəkdir ki, dövlət rəhbərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bütün rıçaqlardan istifadə edilməsinin tərəfdarıdır. Ona görə də, belə bir beynəlxalq təşkilata sədrlik etməklə əslində Cənab Prezident ikili standartlardan çıxış edən bir sıra beynəlxalq təşkilatlara gərəkli mesajları vermək fürsətini də qaçırmamış olur. Qoşulmama Hərəkatı Beynəlxalq münasibətlər sisteminin önəmli təsisatı olaraq tanınır.
Azərbaycan hər zaman bu hərəkatın təməl prinsipi olan Bandunq prinsiplərinə riayət edib və bu nöqteyi nəzərdən regionda sülh və əminamanlığın təmin olunması uğrunda mübarizə aparmışdır. Erməni terroruna qarşı, erməni vandalizminə, erməni işğalına qarşı illərdir mübarizə aparır. Bu faktdır və dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Azərbaycanın atdığı bütün addımları beynəlxalq riyakarlığı və ikili standartları tənqid edir, zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qəbuledilməzliyini daim vurğulayan bir siyasət yürüdən dövlətimiz hər zaman bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyib və bundan sonra da dəstəkləməyə davam edəcəkdir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ