SON DƏQİQƏ
» » DİQQƏT- İnstagramdakı bu səhifələr dələduzluqla məşğuldur

DİQQƏT- İnstagramdakı bu səhifələr dələduzluqla məşğuldur

Tarix:

13-10-2021, 15:53

/ 2 826 dəfə oxundu.
DİQQƏT- İnstagramdakı bu səhifələr dələduzluqla məşğuldur

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələr vasitəsi ilə vətəndaşlara mebel dəstləri satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Səbuhi Əsmənzadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, S.Əsmənzadə "Instagram” sosial şəbəkəsində "prenses_mebel_salonu”, "stil­_mebel_salonu”, "estello_mebel_salonu” və "arzum_mebel_salonu” adlı səhifələr yaradaraq vətəndaşlara özünü başqa adlar ilə təqdim edib, ucuz mebel dəstləri satacağını vəd edərək müəyyən məbləğləri onlayn yolla kart hesabına köçürdükdən sonra həmin şəxslərlə əlaqəni kəsib.

Bundan başqa saxlanılan şəxs Şəki şəhərində qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhərində müxtəlif evlər kirayələyib, başqa-başqa şəxslərin adına bank kartı açıb, mütəmadi olaraq mobil nömrəsini və yaşadığı ünvanı dəyişib.

Özünü tanınmış mebel firmalarının rəsmi nümayəndəsi kimi təqdim edən S.Əsmənzadənin cari ilin müxtəlif vaxtlarında hələlik beş vətəndaşdan ümumilikdə 6 200 manat pulu dələduzluq yolu ilə mənimsədiyi məlum olub.

S.Əsmənzadənin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in "102” Zəng Mərkəzinə, Gəncə şəhər Baş Polis İdarəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Saxlanılan şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ