SON DƏQİQƏ
» » Bakıdakı qəza ilə bağlı daha bir rəsmi açıqlama

Bakıdakı qəza ilə bağlı daha bir rəsmi açıqlama

Tarix:

13-10-2021, 12:10

/ 2 391 dəfə oxundu.
Bakıdakı qəza ilə bağlı daha bir rəsmi açıqlama

Yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən idarəetmədən çıxan yük avtomobili hərəkətdə olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusa çırpılıb. Nəticədə avtobusda olan sərnişinlər, eyni zamanda ərizdə olan piyadalar arasında həlak olan və xəsarat alanlar var.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib:

"İlkin məlumata görə, 5 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb. Daha ətraflı müvafiq qurumlar tərəfindən açıqlama veriləcək.

Bizdə olan məlumata görə, səhər saatlarında şəhərdən Mərdəkan istiqamətində güclü sərnişin axını olmadığından avtobusda elə də çox sərnişin olmayıb. Xəsarət alan və həlak olanların çoxu ərazidə olan piyadalar arasında qeydə alınıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ