SON DƏQİQƏ

Paşinyan Putinlə görüşündən yazdı

Tarix:

13-10-2021, 08:42

/ 2 181 dəfə oxundu.
Paşinyan Putinlə görüşündən yazdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə çərşənbə axşamı Moskvada baş tutan görüşünü səmərəli adlandırıb.

O bu barədə "Twitter"də yazıb.

"Bu gün (red: çərşənbə axşamıRusiya Prezidenti Vladimir Putinlə görüşdüm. Görüş çox məhsuldar keçdi. Həm ikitərəfli gündəmi, həm də bölgədəki vəziyyəti müzakirə etdik. Əldə olunan razılaşmaları həyata keçirmək üçün təmasları davam etdirəcəyik", - deyə o, bildirib.

 

Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti Paşinyanla Putinin İrəvan və Moskvanın müttəfiq gündəliyi, regional təhlükəsizlik məsələləri, Dağlıq Qarabağla bağlı bəyanatların icrası, eləcə də inteqrasiya birliklərində qarşılıqlı əlaqəni müzakirə edəcəklərini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ