SON DƏQİQƏ

Gedin 125 deputatın yaxasından tutun ki...- SƏRT AÇIQLAMA

Tarix:11-10-2021, 18:03 Oxunub:1 916

Vətən Müharibəsi dövründə və karantin günlərində ehtiyacı olan insanlara yardım etmə prosesində şou əhli də aktiv iştirak edib. Onlar gün ərzində qapı-qapı gəzərək, onlarla şəhid, qazi ailəsini sevindirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu hal birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri onları bəzən tənqid atəşinə tutublar.

Mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova yardım edən məşhurları təhqir edənləri sərt şəkildə qınayıb:

 

"O gün Elçin Lənbəranski gileylənirdi ki, qazi ailəsinə kömək etsə də, tənqid və təhqir olunurdu. Dedi ki, axı mən nə pis iş gördüm ki, siz belə təpki verirsiniz, məni söyürsünüz? Yaxud Kamil Zeynallı. Öz hesabına şəhid ailələrinə, qazilərə yardım edib. Hambal kimi soyuducunu belinə yükləyən, evə kimi aparan Kamilə hansı vicdanın yiyəsi yaza bilər ki, bunu reklam üçün edir… Amma hey yazırlar. Bu adama 15 sutka həbs verirlər, amma övladına bildirmir, zəng edib deyir ki, e”zamiyyətdəyəm, gələcəm”. Bəs o uşaq böyüyüb hər şeyi başa düşəndə yaşadığı mühitə tüpürməzmi? Məgər Bu qədər şeyi Kamil populyarlıq üçün edir? Ayıb deyilmi sizə? Elçin Ləmbəranski bağrı çartlaya-çartlaya danışırdı, mənim ürəyim dözmədi, götürüb zəng etdim. Dedim, ay oğul, mən bu kütlənin adından səndən üzr istəyirəm. Mən Kamildən, Kamil kimilərdən qanmazların adından üzr istəyirəm. Belə olmaz! Siz belə edirsiniz ki, millət öz övladlarından aldığı xeyirdən də məhrum olsun?!”

Sənətçi bu tip şərhlərin insanları yardımdan çəkindirdiyini bildirib:

"Siz bu basqı ilə insanları yaxşılıq etməyə tövbələtdirirsiniz. Görün nə qədər məşhur var ki, yardım edəndə deyirlər: "Qurban olum, mənim adımı çəkmə”. Bunu niyə edirlər? Söyülməmək üçün! Bilirlər ki, xeyriyyə işində adları hallansa, başlayacaqlar onları söyməyə…

Rəqsanə İsmayılovanı Vətən Müharibəsi vaxtı nə günə saldılar? Yazıq bir ailə qurub, həmin ailəni də ona çox gördülər. Utanmırsınız?! Niyə ölüb yerə girmirsiniz?! Niyə o qızı yardım etməyinə peşman etdiniz?! Niyə kimsə sizə görə etdiyi yardımları gizlətməlidir? Niyə Kamil Zeynallının yanında dayanıb, maddi yardım edən nər kişilər adlarını gizli saxlamalıdır?

Mən özüm Prezident təqaüdünün birinci, ikinci ayını qazilərə, şəhid ailələrinə verdim, amma o qədər tənqid, təhqir edildim ki…

Yardım edənləri tənqid etməklə təxribat aparırlar, xəbərləri yoxdur. 125 deputat var, nə sözünüz, tənqidiniz var, onlara deyin. Gedin həmin 125 nəfərin 5-nin yaxasından tutub deyin ki, ay kişi, ay xanım, sən burada niyə oturmusan?

Elə deputat var ki, xalq üçün özünü fəda edir, eləsi də var ki, təmsil etdiyi rayonun heç üzünü görməyib. İlahi, nə qədər yaltaq, qorxaq adamlar olar? Əgər siz 125 deputata sözünüzü çatdıra bilmirsinizsə, sosial şəbəkələrdə yardım edənləri niyə söyürsüznüz? İkiüzlüsünüz!”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<