SON DƏQİQƏ
» » Dərmandan zəhərlənən qadın xəstəxanada öldü

Dərmandan zəhərlənən qadın xəstəxanada öldü

Tarix:

11-10-2021, 10:54

/ 2 458 dəfə oxundu.
Dərmandan zəhərlənən qadın xəstəxanada öldü

Astarada dərmandan zəhərlənən qadın xəstəxanada ölüb.

Hadisə rayonun Ərçivan qəsəbəsində baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Elnarə Cəbrayıl qızı Əliyeva qəfildən özünü pis hiss edib. Həyat yoldaşı yaxınlıqda yaşayan həkim tanışını evə dəvət edib. Həkim də xəstəyə dərman verib. Buna baxmayaraq E.Əliyevanın səhhəti daha da pisləşib. Onu ötən gün axşam saatlarında Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Yaxınları iddia edir ki, xəstəyə vaxtında düzgün tibbi yardım göstərilməyib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Ölümün səbəbi aparılacaq müayinələrdən sonra məlum olacaq.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ