SON DƏQİQƏ

Azərbaycanlı killer Kiprə niyə gedib?

Tarix:

5-10-2021, 19:42

/ 3 370 dəfə oxundu.
Azərbaycanlı killer Kiprə niyə gedib?

İsrail müdafiə naziri onun İran kəşfiyyatı tərəfindən göndərildiyini açıqladı

Bir neçə gün əvvəl Kiprdə tutulan, Rusiya pasportu daşıyan azərbaycanlı killerlə bağlı yeni sensasion məqamlar açıqlanıb.

Virtualaz.org-un İsrail KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu ölkənin hökuməti və müdafiə naziri killerin İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Kiprdə nüfuzlu israilliləri öldürmək üçün getdiyini rəsmən açıqlayıblar.

Ötən gün İsrail KİV-ləri killerin hədəfində qalmaqallı milyarder, qumar oyunlarının proqram təminatını hazırlayan şirkətin rəhbəri, Kiprdə və Londonda mənzillənmiş Tedi Saqini onun rusiyalı ortağının sifarişi ilə öldürmək üçün getdiyini yazmışdı. Amma Tedi Saqinin şirkəti bildirmişdi ki, bu məlumat düzgün deyil və killerin hədəfi təkcə milyarder olmayıb, o cümlədən söhbət kriminal hesablaşmadan getmir.

Milyarder Tedi Saqi
"The Times of İsrael” qəzeti bu gün oktyabrın 5-də yazır ki, killer özü də dindirmə zamanı İran xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirdiyini təsdiqləyib. Bildirilir ki, killer Kiprdə bir neçə israilli biznesmenin, o cümlədən Tedi Saqinin ofisinin yerləşdiyi ofis mərkəzinin qarşısında dəfələrlə müşahidə aparıb. Onun görüntüləri binanın videomüşahidə kameraları tərəfindən qeydə alınıb.

İsrailin "Kanal 12” televiziyası isə bildirir ki, muzdlu qatil Rusiyadan təyyarə ilə Larnaka aeroportuna gəlib və daha sonra Kipr adasının türk hissəsinə keçib. Orada kirayə mənzil götürüb və iki avtomobil kirayələyib. Daha sonra Larnakaya qayıdaraq Anqumi işgüzar rayonunda israilli biznesmenlərin ofislərini axtarıb. O, dəfələrlə adanın yunan və türk hissəsi arasında velosipedlə gedib-gəlib. Killerin ofis mərkəzinin qarşısında videomüşahidə kameraları tərəfindən çəkilmiş görüntüləri sonradan onun yaxalanmasına imkan verib.
 
Möhsen Fəxrizadəyə sui-qəsd

İsrail mənbələri onu da bildirir ki, killerin Kiprdə israilli biznesmenləri öldürmək planı ötən il Tehran yaxınlığında İranın nüfuzlu nüvə alimi Möhsen Fəxrizadənin öldürülməsinə cavab olub. Həmin qəsdi "Mossad” peykdən idarə olunan robot-pulemyotla həyata keçirib. İsrailin İctimai Yayım Korporasiyası isə bildirir ki, killerin Kiprdə öldürməyi planlaşdırdığı israillilərin necə hədəf seçildiyi məlum deyil. Onları sadəcə israilli olduqları üçün, yoxsa İsrailin xüsusi xidmət orqanları ilə bağlılıqlarına görə seçdikləri haqda məlumat yoxdur. Korporasiya habelə bildirir ki, İsrailin dəyərləndirmələrinə görə, Tehran habelə Azərbaycanın paytaxtı Bakıda İsrail diplomatının avtomobilinə, o cümlədən İsrailin Dehlidəki səfirliyinə də hücuma cəhd edib. Bu cəhdlərin nə zaman baş verdiyi göstərilmir.
 
Ötən gün Knessetdə çıxış edən müdafiə naziri Benni Gantz təsdiq edib ki, Kiprdə milyarder Tedi Saqiyə planlaşdırılmış hücum İran terroru ilə bağlıdır. "Bu günlərdə məlum olduğu kimi, Kiprdə İsrail obyektlərinə İranın terror hücumunun qarşısı alınıb”,-müdafiə naziri parlamentdəki çıxışında deyib. "İran qlobal və regional təhdid, habelə İsrail üçün çağırış olaraq qalmaqda davam edir, biz vətəndaşlarımızı və İsrail dövlətini istənilən təhdiddən qorumaq üçün fəaliyyətimizi davam etdirəcəyik”,-Benni Gantz əlavə edib.
Milyarder Tedi Saqi isə ötən gün bildirib ki, onun sui-qəsddən son anda xilas olduğu və tələsik Kipri tərk etdiyi haqda məlumatlar doğru deyil. "Mən Kipri tərk etmək üçün heç bir xəbərdarlıq almamışam”,-o bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ