SON DƏQİQƏ
» » Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var - ÜST açıqladı

Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var - ÜST açıqladı

Tarix:

28-09-2021, 23:21

/ 1 403 dəfə oxundu.
Bu şəxslər üçün 2,4 milyard dollarlıq vaksinə ehtiyac var - ÜST açıqladı

"Ən yüksək risk qrupunda olanlar üçün 2,4 milyard dollarlıq koronavirus vaksininə ehtiyac var”.

GunAz.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Ümumdünya Ticarət Təşkilatının 2021-ci il forumunda çıxışı zamanı deyib.

 

"Vaksinlər var, ancaq ən çox ehtiyac duyan insanlar bu vaksini əldə edə bilmir. Hələ də dünya miqyasında səhiyyə işçiləri, yaşlılar, xroniki xəstəlikləri olanlar və digər müdafiəsiz qruplar kimi, ən yüksək risk qrupundakı insanların peyvəndə ehtiyacı var”, – baş direktor qeyd edib.

Qebreyesus bu il keçirilən Ümumdünya Səhiyyə Assambleyasında beynəlxalq xalq sağlamlığı təcili vəziyyətlər sırasında səyahət məhdudiyyətlərini ləğvinə çağırıldığını xatırladıb:

"Xüsusən vaksin istehsalındakı əngəllərin aradan qalxması üçün məhdudiyyətlərin ləğvi vacibdir”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ