SON DƏQİQƏ
» » “Əlibaba Bayramov seçki saxtakarıdır” – Ruslan İzzətli

“Əlibaba Bayramov seçki saxtakarıdır” – Ruslan İzzətli

Tarix:

28-09-2021, 17:44

/ 3 444 dəfə oxundu.
“Əlibaba Bayramov seçki saxtakarıdır” – Ruslan İzzətli

33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa keçmiş namizəd, gənc siyasətçi Ruslan İzzətli həmin dairənin sədri Əlibaba Bayramov haqqında sərt yazı ilə çıxış edib. Həmin açıqlamanı təqdim edirik:

"09 fevral 2020 ci il tarixdə 33 saylı Xətai birinci Seçki Dairəsində Növbədənkənar Parlament Seçkilərinin nəticələrinə total saxtakarlıq olduğuna görə həmin dairədən qeydə alınmış namizəd olaraq etiraz etmişdim. Bununla əlaqədar 33 saylı Xətai birinci DSK qarşısında və MSK qarşısında etirazımı bildirmişdim.

Mərkəzi Seçki Komissiyası araşdırma nəticəsində qərara gəlmişdi ki, həqiqətən 33 saylı Xətai birinci DSK-da total saxtakarlıq olub. Bununla əlaqədar 13 fevral 2020 ci il tarixdə MSK (Qərar 23/135 - 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2020-ci il tarixli 85 saylı müraciətə baxılması barədə) qərar verib, 33 saylı Xətai birinci DSK-nın nəticələrini ləğv edib.

19 avqust 2021-ci il tarixində Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Həmin iclasda Dairə Seçki Komissiyalarının yenidən formalaşdırılması məsələsinə baxılıb. Nəticədə 125 Seçki dairəsi üzrə komissiyalar formalaşdırılıb.

Namizəd olduğum 33 saylı Xətai birinci DSK da 09 fevral 2020 tarixində total saxtakarlıq edən və nəticələrin ləğvinə səbəb olan şəxslərin yenidən Dairə Seçki Komissiyasına üzvü olmasına qərar verilməsi ciddi hüquq pozuntusudur.

Saxtakarlıq edərək seçki nəticələrinin ləğvinə səbəb olmuş Dairə Seçki Komissiyasının 9 nəfər üzvündən 5 nəfərinin yerində saxlanması ciddi sual yaradır. Bu şəxslərin hər biri vəzifə səlahiyyətlərini yerinə yetirərkən yol verdikləri qanunsuzluğa görə hüquqi məsuliyyətə cəlb edilməli idi. Halbuki, həmin şəxslərin yarıdan çoxu təkrar MSK tərəfindən "mükafatlandırılaraq” yenidən eyni pozuntulara yol verməsinə şərait yaradılıb. Bununla da belə bir nəticə formalaşır ki, seçki saxtakarlığını MSK özü təşviq edir.

Bununla bağlı bu gün rəsmi olaraq MSK sədri Məzahir Pənahova etiraz məktubu göndərdim. Görək MSK sədri bu biabırçılığı necə əsaslandıracaq..

Komissiyanın ifşası yönündə siyasi addımlar atacam. Bütün gücümlə seçicilərimin haqqını qoruyacam.

33 saylı Xətai Dairə Seçki Komissiyasında üzvü olan REAL Partiyası bu yöndə hansısa hüquqi və siyasi addım atacaqmı ?”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ