SON DƏQİQƏ
» » Uşaqlar arasında yoluxma pik həddə çatdı- Nazir yeni qərar verdi

Uşaqlar arasında yoluxma pik həddə çatdı- Nazir yeni qərar verdi

Tarix:

28-09-2021, 17:17

/ 3 619 dəfə oxundu.
Uşaqlar arasında yoluxma pik həddə çatdı- Nazir yeni qərar verdi

Məktəblərin 3 həftə açıq qalması ilə 0-17 yaş qrupunda olan xəstələrin sayı artıb. Yəni, ortalama aktiv yoluxma 400 min civarındadır. Onların dörddə biri 0-17 yaş qrupundadır, yəni 25 faiz. Əvvəllər təxminən bu, 11 faiz idi”.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin sualın cavablayarkən deyib.

Nazir yoluxma sayında çoxalmanın xəstəxana yükünü artırmadığını vurğulayıb: "Narahatlıq doğuran məqam yoxdur. Bu il məktəbləri hər bir halda açıq saxlayacağımızı demişdim. Təhsil Şurası, Səhiyyə Nazirliyi olaraq ikili təhsil və həftəsonu təhsili də daxil olmaqla, bütün alternativlər sınanmalı və açıq saxlanması lazım olduğunu düşünürük. Bunu universitetlər üçün də düşünürük”.

 

Nazir alış -veriş mərkəzlərinin bağlanmasını gündəmə gətirmək istəmədiklərin də qeyd edib.

Nazir hamilə qadınların peyvənddən ölməsi iddialarını təkzib edib: "Eşitdiyiniz hər şeyə inanmayın. Peyvənddən ölən bir xəstəmiz yoxdur"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ