SON DƏQİQƏ
» » Avtobus sürücüsü qapını əlində apardı- ŞOK

Avtobus sürücüsü qapını əlində apardı- ŞOK

Tarix:

28-09-2021, 15:59

/ 2 621 dəfə oxundu.
Avtobus sürücüsü qapını əlində apardı- ŞOK

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Bu barədə sosial şəbəkələrdə video görüntü paylaşılıb.

Videodan da göründüyü kimi, 106 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib. Həmin görüntülər böyük müzakirələrə səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən məsələ ilə bağlı Bakı.vs-ə açıqlamasında hadisənin bu gün 10:40 radələrində qeydə alındığını bildirib:

"Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində "BUS-Trans” şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99 RU 659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sürücü yerləşən hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ