SON DƏQİQƏ
» » Şəhidlərin adı hansı alda əbədiləşdirilə bilər?

Şəhidlərin adı hansı alda əbədiləşdirilə bilər?

Tarix:

28-09-2021, 13:42

/ 3 728 dəfə oxundu.
Şəhidlərin adı hansı alda əbədiləşdirilə bilər?

Şəhid adının əbədiləşdirilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq olunub. Bugünə qədər sözügedən qərara müxtəlif məzmunlu əlavələr və dəyişiklik edilib. Həmin qərara görə, Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin büstünün qoyulmasını yerli rayon icra hakimiyyəti orqanları həyata keçirməlidir. Yalnız Vətən Müharibəsi Qəhrəmanı, yaxud da Milli Qəhrəman adını almış şəhidlərə büst qoyula bilər.

Bu sözləri açıqlamasında hüquqşünas Anar Qasımlı deyib.

Hüquqşünas qeyd edib ki, Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman və "Vətən uğrunda” ordeni ilə təltif olunmuş şəhidlərin adları isə küçələrə, meydanlara verilə bilər. Bu da yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.

"Burda xüsusi bir məqama diqqət yetirək, medalla yox, ordenlə təltif edilmiş şəhidlərin adları küçə və meydanlara verilə bilər. Yerli icra hakimiyyəti müstəqil şəkildə şəhidlərin adına memorial kompleksi yarada bilər. Şəhid adlarının, yəni Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman və "Vətən uğrunda” ordeni ilə təltif olunmuş şəhidlərin adlarının hansısa təşkilata, müəssisələrə, hərbi və yaxud da mülki gəmilərə verilməsini yerli icra hakimiyyəti orqanları müstəqil həyata keçirə bilmir. Bununla bağlı icra orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldıra bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ