SON DƏQİQƏ

Bu ölkəyə getmək istəyənlərə şad xəbər

Tarix:

28-09-2021, 08:39

/ 3 618 dəfə oxundu.
Bu ölkəyə getmək istəyənlərə şad xəbər

Tayland hakimiyyəti koronavirus əleyhinə peyvənd edilən xarici turistlərin 1-30 noyabr tarixlərində Banqkoka və ölkənin digər 9 əyalətinə daxil olmasına icazə verməyi planlaşdırır.

Bu barədə "RIA Novosti" yerli qurumlara istinadla məlumat yayıb.

Bildirilib ki, qonaqlara əyalətlərin yalnız xüsusi olaraq təyin edilmiş "turizm zonaları" açıq olacaq.

 

Dekabrın 1-dən dekabrın 31-dək isə daha 20 əyalətə gəlməyə icazə verilməsi nəzərdə tutulur.

Sentyabrın 29-dan etibarən ölkənin əksar hissələrində tətbiq edilən bəzi məhdudiyyətlər götürüləcək. Tədricən burada spa, kinoteatr, idman meydançaları, biznes mərkəzləri və əyləncə obyektlərinin fəaliyyətinə icazə veriləcək.

Bundan əlavə, oktyabrın 1-dən Taylanda daxil olanların hamısı üçün məcburi karantin müddəti azaldılaraq - peyvənd edilmiş turistlər üçün yeddi gün və peyvənd edilməyən turistlər üçün 10 gün təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ