SON DƏQİQƏ

Qarabağ atları acından TİKAN YEYİR

Tarix:

23-09-2021, 11:47

/ 2 784 dəfə oxundu.
Qarabağ atları acından TİKAN YEYİR

  Qarabağ atları Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda  ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycanın milli at cinsidir.Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur.

Gəlin görək hal-hazırda Azərbaycanda bu atlara necə münasibət bəslənir. Qarabağ atlarının inkişafından danışan Kənd Təsərrüfatı Nazirliyinin məsul işçilərindən biri bildirib ki: "Ölkə başçımızın atçılığın inkişafına 50000000 manat vəsait ayırmasına baxmayaraq bu sahədə vəziyyət çox acınacaqlıdır atlar acından tikan yeyir. Məşhur Qarabağ atları şəxsi təsərrüfatlarda məhv olub gedir, tarixə qovuşan Qarabağ atlarına nəzarət güclənməlidir, bu atlar bizim tariximizdir, tariximiz olan atları qoruyaq və Dövlət başçısının ayırdığı vəsait öz ünvanına xərclənərsə bu atları gələcək nəsilə ötürə bilərik. Əks təqdirdə Qarabağın at cinsləri məhv olacaq".

Mərdan DOLĞUN


скачать dle 12.1

Şərhlər