SON DƏQİQƏ
» » Qarabağda xidmət edənlərin övladları harada təhsil alacaq?

Qarabağda xidmət edənlərin övladları harada təhsil alacaq?

Tarix:

22-09-2021, 18:01

/ 3 780 dəfə oxundu.
Qarabağda xidmət edənlərin övladları harada təhsil alacaq?

Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər.

Bu barədə Report-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.


 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ