SON DƏQİQƏ

Balaca ürəklərdə yaşayan BÖYÜK SEVGİ-FOTO

Tarix:15-09-2021, 14:26 Oxunub:1 551

Dostlar, mən sizə nə təmtəraqlı evin bağçasından,nə o evdə naz - nemətlərlə bəslənən heyvanlardan, nə də ki, yüksək məbləğə alınmış ev heyvanlarından bəhs edəcəyəm...
Küçədə günlərlə ac - yalavac, yayın 44 dərəcə qızmar Günəş altında susuz qalmış,lakin iki fidan qızımız tərəfindən ona yardım edilərək,"RUBY" adı verilmiş balaca - çox balaca pişik balasından söhbət açacağam.Dayanacağa yaxınlaşıb, getdiyim ünvana çox tələsirdim... Buna baxmayaraq,yol kənarında pişik balasının rahatlığını təmin etmək üçün yaradılmış mənzərə nəzərimə çarpdı."RUBY"nin evciyinin içərisində mənalı, məğrur - məğrur baxışları bir anlıq ayaq saxlayıb,onun bu sevincini daha yaxından seyr etmək marağıma səbəb oldu. Ruby çox rahat görünürdü. Sanki dili olsaydı, ona bu şəraiti yaradan balaca dostları Sona və Nigara minnətdarlığını bildirərdi. Rubyə baxdıqca bir  anlıq dünyada,eləcədə qardaş Türkiyə və ölkəmizdə tüğyan edən meşə yanğınlarında yanıb külə dönərək tələf olmuş saysız - hesabsız heyvanları düşündüm. Axı,onlarda canlıdırlar,onlarında  yaşama haqqı var idi. Meşə yanğınlarını törətməklə bu canlıları aid olduqları ana təbiətdən məhrum olmasına səbəb  olanda insandır, küçədə susuz,ac - yalavac qalan balaca pişik balası Rubyə sığınacaq yaradaraq, yenidən həyat bəxş edən də insandır.Birinin ruhunda heyvan sevgisi olmayan qəlbi,  kin-küdurətlə tozlanmış, digərinin isə ruhunda heyvan sevgisinə böyük yer vermiş, sevgi dolu kiçik bir ürək!
Təkcə günümüzdə it, pişik, cürbəcür quşları evdə bəsləyib, sevməklə kifayətlənmək olmaz. Elə küçə heyvanları var ki,onlar da qayğı və sevgiyə möhtacdırlar.Çox vaxt belə heyvanlar gözəl qəlbli insanlar tərəfindən diqqət göstərilərək, elə söhbət açdığım Sona və Nigar bacıları kimi...
Uşaqlarda heyvan sevgisi onların sağlam ruhda olmasına işarədir. Onlar böyüyüb boy atdıqca formalaşaraq,cəmiyyətdə əsl vətəndaş kimi xeyirli işləri və əməlləriylə tanınınacaqlar. Bax, bizim tanıdığımız, balaca Rubynin xilaskarı olan balaca Sona və Nigar bacıları kimi... Məhz bu fidanlarımızın əməyi sayəsində yoldan keçən hər kəs Rubyə sevgi dolu baxışlarla baxırdılar.  
Heyvanları sevdikcə onlar sevgini hiss edir və hər zaman sahibinə sadiq olurlar.
Ümumiyyətlə,təbiətdə nə canlı varsa - ağac, heyvan, gül - çiçək hər biri sevilməlidir.
Belə bir deyim var: "Heyvanlara sevgiylə yanaşan insanlardan heç vaxt qorxma!"
Balaca ürəklərdə yaşayan BÖYÜK SEVGİ-FOTORəsmiyyə HEYBƏTAĞAQIZI

Balaca ürəklərdə yaşayan BÖYÜK SEVGİ-FOTO

 

Balaca ürəklərdə yaşayan BÖYÜK SEVGİ-FOTO

 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<