SON DƏQİQƏ

Seyfəddin Dağlı - 100

Tarix:

27-08-2021, 20:51

/ 3 508 dəfə oxundu.
Seyfəddin Dağlı - 100

27 Avqust 1921-ci ilin qızmar yay günündə Xızı rayonunda dünyaya göz açan Xalq sənətkarı Seyfəddin Dağlı 1983-cü ilin ayazlı-şaxtalı 18 Yanvarında  qocalmadan bu dünyaya əlvida dedi.
Bu gün 27 Avqust 2021-ci il tarixdə isə "Azərkitab - Kitab Mərkəzi"ndə Yasamal Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə görkəmli şair,dramaturq, İctimai xadim Seyfəddin Dağlının anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi - bədii gecə keçirildi.
Gecənin aparıcısı Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə tədbiri açıq elan etdi və 44 günlük torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxaraq,"Şəhidlik zirvəsi"nə ucalan Vətən oğulları bir dəqiqəlik sükutla yad edildi.
Tədbirə qatılan Azərbaycanın bir çox dəyərli ziyalıları-"Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, professor, Yasamal rayon Ağsaqqallar Şurasının sədri, İctimai xadim Cavanşir Qurbanov, professor,Kurturoloq-alim Fuad Məmmədov, Azərbaycan Milli Konservatoriyanın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, Filalogiya üzrə fəlsəfə doktoru,dosent Firudin Qurbansoy, Azərbaycan Texniki Universitetinin Hümanitar fənlər üzrə kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Həbib Mirzəyev, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustaları - Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur, Əməkdar artist Azad Şükür, Tarixçi - alim Ədalət Rzayev, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi - metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Xalq artisti, mahir qarmon ifaçısı Aftandil İsrafilov, Mədəniyyət İdarəsinin şöbə müdiri Həcər İsrafilova, Gunaz.Az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı, İctimai Birliyin sədri Niyaz Eyvazov, Milli Konservatoriyanın müəllimi - qarmon ifaçısı Nizami Əsgərov, Yazıçı - publisist,pedaqoq Sabir Nemətzadə, Akademik Şakir Qabıssanlı,jurnalist Elşad Dağlı və şair - qəzəlxan Vüqar Dağlı Xalq sənətkarı Seyfəddin Dağlının həyat və yaradıcılığı haqqında geniş, məzmunlu çıxış etdilər. Şairin şeirləri və duzlu - məzəli hekayələri məharətlə səsləndirildi.Monitor vasitəsilə ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında şairin sözlərinə bəstələnmiş "Cay" mahnısı və Əfsanə sənətkar Zeynəb Xanlarovanın məlahətli səsiylə musiqilər səslənildi. Aradabir ədibin əsərlərindən hazırlanmış gülüş dolu qısametrajlı səhnələr təbirə daha da rəng qatdı. Əməkdar artist-mahir kanon ifaçısı,sevilən müğənni Rəşad İlyasovun ifasında "Darıxdım" mahnısı ruhumuzu oxşadı.
Tədbirin sonunda böyük zəka sahibi C.Cabbarlının nəvələri - Seyfəddin Dağlı və Gülarə Cəfərqızı yadigarları Qəmər xanım Seyfəddinqızı, Bəhlul Seyfəddinoğlu və Altay Seyfəddinoğlu tədbir iştirakçılarına öz dərin təşəkkürlərini bildirdilər.
Tədbir başa çatdıqdan sonra verilən çay süfrəsindən sonra birbaşa Seyfəddin Dağlının dəfn olunduğu məzarlığa gedərək abidə önünə Qızılgül çələngi qoyuldu və şairin ruhuna dualar oxundu.
Seyfəddin Dağlı - 100Rəsmiyyə
HEYBƏTAĞAQIZI

Seyfəddin Dağlı - 100

 

Seyfəddin Dağlı - 100

 

Seyfəddin Dağlı - 100

 

Seyfəddin Dağlı - 100

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ