"Mancestr Yunayted" "Liverpul"a qalib gəldi

"Mancestr Yunayted" "Liverpul"a qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun son oyunu keçirilib.

"Mançester Yunayted" klubu öz meydanında "Liverpul"u qəbul edib.

Oyun meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Mançester Yunayted"in heyətində qolları Ceydo Sanço (16-cı dəqiqə), Markus Reşford (53), "Liverpul"un heyətində isə Məhəmməd Salah (81) vurublar.

Qeyd edək ki, 3 turdan sonra "Mançester Yunayted" 3 xalla 14-cü pillədə, "Liverpul" isə 2 xalla 16-cı pillədə qərarlaşıb.

скачать dle 12.1
Geri qayıt