Runi ən məhsuldar futbolçu oldu

Runi ən məhsuldar futbolçu oldu
2004-cü ildən "Mançester Yunayted" klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.
Yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində "Redinq" komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu "Qırmızı şeytanların" heyətində vurduğu qolların sayını 249-a çatdırıb.
Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Gunaz.az

скачать dle 12.1
Geri qayıt