FİFA yeni mükafat təsis etdi

FİFA yeni mükafat təsis etdi

FIFA öz versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verəcəyi mükafatı təqdim edib.

 Məlumata görə, mükafat "The Best” ("Ən yaxşı”) adlanır.

 Məlumdur ki, bu ildən etibarən  "Balon D`Or” ("Qızıl top”) mükafatını yenidən "France Football” jurnalı təqdim edir. Jurnalın apardığı sorğuya əsasən, 2016-cı ilin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib. Ali futbol qurumu isə öz mükafatını yanvarın 9-da Sürixdə təşkil olunacaq mərasimdə təqdim edəcək. Mükafata iddialı 3 futbolçu var: Lionel Messi, Kriştiano Ronaldo və Antuan Qrizman.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt