Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.
"Qarabağ”la 7 dəfə çempion olan mütəxəssis keçmiş SSRİ-də 4-cüdür.
O, "Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçukla şərikdir. 8-ci çempionluğun bir addımlığında olan Qurbanov rusiyalı Oleq Romantsevə də çatacaq.
Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə "Bakı”ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var. İkinci sırada rumıniyalı Mirça Luçeskudur (9).