Milan son dəqiqə qolu ilə qələbə qazandı

Milan son dəqiqə qolu ilə qələbə qazandı

İtaliya A seriyasının XXXIV turunda "Latsio” "Milan”ı qəbul edib.

 

Çempionluq yolunda olduqca vacib görüşdə "Milan” səfərdən əzmkar qələbə ilə dönüb.

Hesabı "Latsio” erkən qolla açıb. Çiro İmmobile 4-cü dəqiqədə fərqlənib.

İkinci hissədə oyunda dönüş yaradan "Milan” əvvəlcə Olivye Jirunun qolu ilə bərabərliyi təmin edib. Matça əlavə olunmuş 2-ci dəqiqədə isə Tonali İbrahimoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran "Milan” bir oyun artıq olmaqla liderliyə yüksəlib. İkinci pillədəki "İnter” bir oyunu əskikdir və komandanın 72 xalı var.

скачать dle 12.1
Geri qayıt