"Qarabağ", "Qəbələni" məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Günün ilk matçı Qəbələdə baş tutub.
"Qəbələ” "Qarabağ"ı qəbul edib. Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasındakı cavab qarşılaşması aprelin 29-da "Azersun Arena"da olacaq.
Qeyd edək ki, günün digər oyununda "Zirə" "Neftçi"ni qəbul edəcək.