ÇL- də son durum: Bu komandalar məğlub oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Son oyun günündə də 2 görüş keçirilib.
Turnirin son qalibi "Çelsi" öz meydanında İspaniya "Real Madrid"ini qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Gecənin digər matçında Almaniya "Bavariya"sı İspaniyada turnirin sürpriz komandası "Vilyarreal"ın qonağı olub. Görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.