Hacı Əliyev finalda - YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında finala yüksəlib.
GunAz.az xəbər verir ki, xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev yarımfinalda moldovalı Maksim Sakultanla üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən 3 qat Avropa və 3 qat dünya çempionu qızıl medal uğrunda qarşılaşmada macarıstanlı İsmail Musukayevi sınağa çəkəcək.
10:07
Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.
GunAz.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.
65 kq-da yarışan 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) – Kuentin Stiker (Fransa) görüşünün qalibi olacaq.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macarıstanlı Daniel Antalın müqavimətini qırmağa çalışacaq.
Əşrəf Aşırov (79 kq) eyni raundda bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək.
Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 3-də başa çatacaq.