Azərbaycanlı qapıçı Rusiya klubuna transfer oldu

Araz-Naxçıvan” klubunun və futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.
Təcrübəli qolkiper Superliqanın lideri "Torpedo” ilə anlaşıb.
Martın 27-də yeni klubuna qoşulacaq R.Hüseynli qarşıdakı iki ay müddətində bu komandanın qapısını qoruyacaq.