Avro-2022-də Ukrayna Rusiyanı əvəz edə bilər?

Avro-2022-də Ukrayna Rusiyanı əvəz edə bilər?

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı beynəlxalq idman ictimaiyyəti Rusiya milli komandalarına qarşı bir sıra sanksiyalar tətbiq edib.

Sanksiyalar Avro-2022-də iştirakdan kənarlaşdırılan Rusiyanın qadınlardan ibarət futbol komandasından da yan keçməyib.

 

UEFA prezidenti Aleksander Çeferinin sözlərinə görə, Rusiya millisini pley-offa vəsiqə qazana bilməyən komandalardan biri əvəz edə bilər. Mümkün iştirakçılar arasında Ukraynanın qadın futbol komandası da var.

"Mən yarışmanın direktoru ilə danışdım. Çox güman ki, turnirin final mərhələsinə vəsiqə qazanmağa yaxın olan komandalar arasında püşkatma keçirəcəyik”, - deyə Çeferin bildirib.

Beləliklə də, Ukrayna, Portuqaliya və ya Çexiya qadınlar arasında Avro 2022-də çıxış edə bilər.

Xatırladaq ki, Ukrayna Avro-2022-yə vəsiqə uğrunda pley-off mərhələsində mübarizə aparıb. Lakin Şimali İrlandiya komandası ilə iki oyunluq qarşıdurmada məğlub olub.

скачать dle 12.1
Geri qayıt