Böyük Dəbilqə: Daha bir idmançımız qızıl qazandı

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
GunAz.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.
100 kiloqramda yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Böyük Dəbilqə turnirinin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kiloqramda Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı, ümumilikdə, 9 cüdoçu təmsil edir.