Ölkəmiz Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Ölkəmiz Qış Paralimpiya Oyunlarında təmsil olunacaq

Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Milli Paralimpiya Komitəsindən GunAz.az-a verilən məlumata görə, qış idman növləri üzrə yığmanın üzvü Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçiriləcək nüfuzlu yarışda iştirak edəcək.

 

O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda baş tutacaq.


скачать dle 12.1
Geri qayıt