Ronaldodan biyabırçı addım- O komanda yoldaşına...

Ronaldodan biyabırçı addım- O komanda yoldaşına...

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kristiano Ronaldo "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

Hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

 

Qeyd edək ki, Kristiano Ronaldo 6 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.

скачать dle 12.1
Geri qayıt