Pekin-2022-də Azərbaycanın nəticəsi

Pekin-2022-də Azərbaycanın nəticəsi

Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramda mübarizəsi başa çatıb

Azərbaycan təmsilçisi Vladimir Litvintsev 30 idmançı arasında 84,15 xalla 18-ci olub. 

21 yaşlı idmançı "24-lüy"ə düşməyi bacardığı üçün fevralın 10-da sərbəst proqramda iştirak hüququ qazanıb.

ABŞ təmsilçisi Vinsent Ju qeyri-müəyyən səbəbdən yarışda iştirak etməyib. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Qeyd edək ki, Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

скачать dle 12.1
Geri qayıt