Şəhriyar ABŞ şahmatçısı ilə heç-heçə oynadı

Şəhriyar ABŞ şahmatçısı ilə heç-heçə oynadı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

GunAz.az xəbər verir ki, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

 

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.


скачать dle 12.1
Geri qayıt