"Qalatasaray"ın yeni baş məşqçisi bəlli oldu
Türkiyənin futbol klubu "Qalatasaray"ın yeni baş məşqçisi bəlli olub.
GunAz.az xəbər verir ki, yaxın günlərdə ispaniyalı məşqçi Domenek Torren Türkiyəyə gələrək klubla müqavilə imzalayacaq.
Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub. O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu York siti" klubunu çalışdırıb.
Qeyd edək ki, "Qalatasaray" ötən gün Fateh Terimlə yollarını ayırıb.