Mancestr öz meydanında məğlub oldu

Mançester Yunayted" İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində doğma meydanında "Vulverhempton"la qarşılaşıb.
Matç qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 82-ci dəqiqədə Joau Moutinyu vurub.
"Mançester Yunayted" Premyer Liqada 19 oyundan sonra 31 xalla 7-ci yerdədir. "Vulverhempton” 38 xal toplayıb və səkkizinci pilləyə yüksəlib.