Qurban Qurbanov dünyada neçəncidir?

Qurban Qurbanov dünyada neçəncidir?

Dünya futbol məşqçilərinin reytinq cədvəli açıqlanıb.

Planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi - "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilə təmsil olunub. Hesabında 1592 xal olan Q.Qurbanov 223-cü pillədə qərarlaşıb.

 

Ağdam klubunun baş məşqçisi Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıblar.

скачать dle 12.1
Geri qayıt