Bu klub öz baş məşqçisi ilə vidalaşır

Bu klub öz baş məşqçisi ilə vidalaşır

Portuqaliya "Benfika"sı baş məşqçisi Jorji Jezuşla yollarını ayırıb.

Məlumata görə, 67 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ilin yayından komandaya rəhbərlik edən baş məşqçinin göndərilməsinə futbolçularla mübahisə etməsi və komandadakı ab-havanı düzəldə bilməməsi səbəb olub.

Qeyd edək ki, Jorji Jezuş daha əvvəl 2009 - 2015-ci illərdə "Benfika"nın baş məşqçisi vəzifəsində çalışıb.

скачать dle 12.1
Geri qayıt